Suriya xarici işlər naziri Vəlid Muallim ölkəsinin ABŞ ordusu və koalisiya qüvvələrinin Suriyada IŞİD hədəflərinə təşkil etdiyi hava hücumlardan məmnun olduğunu ifadə edib.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Vəlid Muallim New Yorkda Associated Press agentliyinə müsahibəsində ABŞ-ın keçən həftə ilk hücumunu həyata keçirməsindən 24 saat əvvəl bu mövzuda bilgiləndirildiklərini dilə gətirib. O, ABŞ-ın hər hücumdan əvvəl Suriyaya xəbər vermədiyini, ancaq bunun ölkəsi üçün "problem olmadığını" ifadə edib.
Müəllim, terrorizmlə mübarizənin Suriya rəhbərliyini eyni düşmənlə döyüşdə Qərb və Ərəb muxalifətiylə ittifaqa yönəltdiyinə işarə edərək, "Biz də, onlar da İŞİD ilə döyüşük. İndiyə qədər məmnunuq. Suriya və İraqda İŞİD mövqelərini hədəfə aldıqları müddətcə məmnun olarıq" deyib.
Suriya xarici işlər naziri Müəllim hava hücumlarının Suriyadakı digər təşkilatları da hədəf alacaq şəkildə genişləndirilməsini təklif edib. O, deyib ki, bu təşkilatlar уyni radikal ideologiyaya sahibdirlər.
Müəllim, Azad Suriya Ordusunu (OSO) hava hücumlarıyla hədəf alınması lazım olanlar arasına daxil edib-etmədiyi sualına "OSO, artıq yox" cavabını verib.
Nihad