12 Aprel 2020 10:28
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində Covid-19 xəstəliyinə tutulan bir pasientin müalicəsi orta hesabla 21,5 min yuana (3 min dollardan çox), ağır koronavirus xəstəsinin müalicəsi 150 min yuana (21,3 min dollardan çox), bəzi hallarda bir neçə yüz min və hətta bir milyon yuana başa gəlir.

Teleqraf.com xəbər verir ki, bu rəqəmləri Çinin Tibbi Təminat İdarəsinin tibbi xidmətlərin idarəsi məsələləri üzrə departamentinin rəhbəri Cyun Syanszyun açıqlayıb.

Onun sözlərinə görə, aprelin 6-dək ölkənin bütün regionlarında yoluxma şübhəsi və təsdiqlənmiş diaqnozlu pasientlərin müayinə və müalicələrinin ümumi xərcləri 1,48 milyard yuan (211 milyon dollar) təşkil edib.

O, ümumi xərclərin 66,6 faizini tibbi sığortanın öz üzərinə götürəcəyini deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər