12 Aprel 2020 10:02
1 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeşin ilk prezidenti Mucibur Rəhmanın qatillərindən biri Əbdül Məcid edam edilib.

Teleqraf.com xəbər verir ki, prezidentin öldürülməsi ilə nəticələnmiş hərbi çevrilişdə iştirak edən qatillərdən sonuncusu 24 illik axtarışdan sonra aprelin 8-i saxlanılıb. O, aprelin 12-də gecə saatlarında asılaraq edam olunub.

Qeyd edək ki, Prezident Mucibur Rəhman 15 avqust 1975-ci ildə Dakkadakı iqamətgahında həyat yoldaşı, üç oğlu, qohumları və ailənin yaxınları ilə birlikdə öldürülüb. Rəhmanın hadisə zamanı Almaniyada olan iki qızı sağ qalıb. Ölkə başçısını öldürən zabitlər 1998-ci ildə edam cəzasına məhkum olunub, onlardan beşi 2009-cu ildə edam edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər