İran COVİD-19 pandemiyasının bioloji müharibə vasitəsi ola biləcəyini araşdırır.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Baş Qərargahının səhiyyə şöbəsinin müdiri Həsən Əraqizadə deyib.
Onun sözlərinə görə, İranın tədqiqat mərkəzləri dünyanın digər ölkələri kimi, bu mövzuda araşdırma aparır, lakin konkret bir nəticə üçün daha çox vaxt və səy tələb olunur.