Psixoloji dispanserdən 6 xəstənin qaçması qorxu və çaxnaşma yaradıb.
Teleqraf.com xəbər verir ki, ötən gün Rusiyanın İrkustk bölgəsində yerləşən dispanserdən 6 əqli problemi olan xəstə qaçıb.
Rusiya Daxili İşlər Nazirliyi bildirib ki, qaçan xəstələr 19-29 yaş arasındadır.
Məlum olub ki, xəstələr qaçış zamanı dispanserdə çalışan tibb bacılarını girov götürüb.
Rusiya DİN-i qaçan xəstələrdən birinin əvvəllər adam yaraladığını qeyd edib.
Polis hadisənin baş verdiyi bölgədə xəstələri tutmaq üçün əməliyyat keçirib və əməliyyat uğurla başa çatdırılıb.