Müstəqil Türkiyə Partiyasnın Baş katibi Heydər Baş və ailəsinin 8 üzvü koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, onların koronavirus testi müsbət çıxıb.
Məlumata görə, doğulduğu Trabzonda olan partiya sədri və ailə üzvləri Akçaabat rayonundakı xəstəxanada müalicə olunurlar.
O da bildirilir ki, Akçaabatdakı rayonunun Sarıtaş məhəlləsi koronavirusa yoluxma səbəbindən rayon gigiyena komitəsinin qərarı ilə karantinə alınıb. Bir müddətdir Trabzonda, Sarıtaş məhəlləsindəki evində olan partiya sədri və ailə üzvlərinin özəl xəstəxanaya yerləşdirildikləri bildirilir.