“Qarşıdakı həftələr Rusiyada koronavirusla bağlı vəziyyət üçün həlledici olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkədəki sanitar-epidemioloji vəziyyətə dair iclas zamanı bəyan edib.
“Qarşıdakı həftələr bir çox baxımdan həlledici olacaq. Bu, o deməkdir ki, bizim bütün tədbirlərimiz həm yerli profilaktik tədbirlər, həm də bütün səhiyyə sisteminin təşkili optimal şəkildə qurulmalıdır”, - Putin bildirib.
Onun sözlərinə görə, Rusiyada koronavirusla bağlı vəziyyət hər gün dəyişir və yaxşı deyil: “Xəstə olanların sayı getdikcə artır və xəstəliyin ağır yoluxma halları getdikcə çoxalır”.
O, hökumətə koronavirus proqnozunu yeniləməyi və gündəlik hesabat verməyi tapşırıb.
Rusiyada 18 328 koronavirus infeksiyasına yoluxma qeydə alınıb, 148 nəfər ölüb, 1470 nəfər müalicə edilib.