14 Aprel 2020 12:00
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Rişikeş şəhərində karantin pozanlar qeyri-adi şəkildə cəzalandırılıb.

Teleqraf.com xəbər verir ki, insanların zəruri olmadığı təqdirdə evdən çıxmaları qəti qadağan olmasına baxmayaraq 10 turistdən ibarət bir qrupun Qanq çayı boyunca gəzişdiyi müşahidə olunub.

Polis turistlərə kağıza 500 dəfə "üzr istəyirəm" yazmaq cəzası verib. Turistlərin hər biri onlara verilən vərəqlərə 500 dəfə "Mən karantin qaydalarına məhəl qoymadım, buna görə üzr istəyirəm" cümləsini yazmalı olub.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər