Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın koronavirusdan necə qorunduğu açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Ərdoğanın sözçüsü İbrahim Kalın televiziyaya müsahibəsində Səhiyyə Nazirliyinin təlimatlarına rəsmi şəxslərin də əməl etdiyini bildirib:
"Cənab Ərdoğan nazirliyin koronavirusla bağlı təlimatlarına əməl edir. Hətta o, bizə örnək olur. Bir dövlət başçısı necə qorunmalıdırsa, cənab başqanımız da o cür qorunur".