17 Aprel 2020 14:24
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Müdafiə naziri general Əmir Xatəmi rəsmi Vaşinqtonun Fars Körfəzində İran gəmilərinin ABŞ gəmilərini təqib etməsi ilə bağlı açıqlamalarını rədd edib.

Teleqraf.com xəbər verir ki, nazir Pentaqonun iddialarını “əsassız” adlandırıb və Amerikanın Fars körfəzindəki hərbi fəaliyyətlərinin bölgənin təhlükəsizliyinə təhdid olduğunu vurğulayıb.

ABŞ aprelin 16-da İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) döyüş gəmilərinin Fars körfəzindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə təhlükəli həddə yaxınlaşdığını açıqlayıb. ABŞ İranı təxribata hazırlaşmaqda və törətməkdə ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər