18 Aprel 2020 00:55
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərində 137 tibbi işçisi koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bunu şəhərin televiziyasına müsahibəsində “Botkin” adına xəstəxananın baş həkimi Denis Qusev deyib.

“Hazırda bizdə koronavirus diaqnozu qoyulan və ya virusa yoluxmaqda şübhəli bilinən 405 pasiyent var. Onların 137-si tibb işçisidir. Həkimlərin əksəriyyəti koronavirusun ilkin qeydə alındığı xəstəxananın həkimləridir”.

Qeyd edək ki, Sankt-Peterburqda son bir gündə koronavirusa yoluxanların sayı kəskin artıb. 424 nəfərdə yoluxma təsdiqlənib. Beləliklə, şəhərdə yoluxanların ümumi sayı 1 507 nəfərə çatıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər