20 Aprel 2020 23:43
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada yeni növ koronavirusdan ötən sutka ərzində 547 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon deyib.

J.Salomon bildirib: "Ölkədə koronavirusdan ölənlərin sayı 20 min nəfəri ötüb. Hazırda Fransada koronavirusdan ölənlərin sayı 20 255 nəfər təşkil edir".

O əlavə edib ki, 12 513 ölüm halı xəstəxanalarda, 7 752 ölüm halı isə sosial və tibb müəssisələrində qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər