Çində ortaya çıxan və dünyaya yayılan yeni növ koronavirusun mərkəzi halına gələn ABŞ-da Məhəmməd Peyğəmbərin yoluxucu xəstəliklərlə bağlı hədisi yayımlanıb.
Teleqraf.com xəbər verir ki, İslam dininin Peyğəmbərinin hədislərinə ABŞ-ın Çikaqo ştatındakı reklam panellərində rast gəlinib.
Reklam şitlərində Peyğəmbərin “Bir yerdə vəba və ya bənzər hər hansı bir yoluxucu xəstəlik olduğunu eşitdiyiniz zaman, o yerə daxil olmayın. Olduğunuz yerdə belə yoluxdurucu xəstəlik varsa, oradan da çıxıb qaçmayın” fikirləri yazılıb.
Həmçinin reklam tablosunda “Əllərinizi tez-tez yuyub. Xəstəlik olan yerə getməyin. Olduğunuz yerdə xəstəlik varsa, oradan ayrılmayın” ifadələrinə də yer verilib.
Məlumat üçün deyək ki, ABŞ-da 748 min insan koronavirusa yoluxub, həyatını itirənlərin sayı isə 42 minə yaxınlaşıb.