30 Sentyabr 2014 18:27
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadinin qaçdığı iddiası irəli sürülüb.

Teleqraf.com haberturk.com-a istinadən xəbər verir ki, bu barədə Kürdüstan Demokrat Partiyasının rəhbəri Məsud Bərzani məlumat yayıb. Onun sözlərinə görə, Əl-Bağdadi Suriyadakı hava hücumlarından qorxduğu üçün Mosula gedib.

Yayılan xəbərlərdə beynəlxalq koalisiyanın başlandığı hücumlardan sonra Bağdadinin Suriya ilə İraq arasında gizləndiyi yazılır.

Samir


Müəllif:

Oxşar xəbərlər