Avropanın uzun illərdir axtardığı terrorçu həbs edilib.
Teleqraf.com xəbər verir ki, İspaniya polisi Avropada ən çox axtarılan İŞİD terrorçusunu Aleria şəhərində həbs etdiyini açıqlayıb.
Adı açıqlanmayan, amma misirli olduğu bildirilən terrorçu iki nəfərlə qaldığı mənzildə yaxalanıb.
Daxili İşlər Nazirliyi bəyan edib ki, saxlanılan terrorçu İraq və Suriyada illərcə fəaliyyət göstərib və Avropadakı fəaliyyəti ilə kəşfiyyatın diqqətini çəkib.
İspaniya mediası bildirir ki, saxlanılan hər 3 şəxs Şimali Afrika üzərindən ölkəyə girib və diqqəti çəkməmək üçün koronavirus pandemiyasından istifadə edərək, evdən bir-bir, qoruyucu maska taxaraq çıxıblar.