24 Aprel 2020 09:01
3 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Respublikası ölkədə koronavirusa yoluxma və infeksiyadan ölüm hallarının tam aradan qaldırıldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, 350 min əhalisi olan türk Kiprində indiyədək 108 yoluxma halı qeydə alınıb, onlardan 4-ü vəfat edib. Ölənlərdən 2-si alman turist olub.

Bundan başqa, 87 xəstə sağalaraq evə buraxılıb, 17 nəfərin müalicəsi davam edir.

Bu vəziyyət önləyici tədbirlərin, eləcə də ciddi karantin qaydalarının tətbiqi və əhalinin ona riayət eləməsiylə izahlanır.


Müəllif: Mahir

Oxşar xəbərlər