Türkiyədə ötən gün koronavirusa 3 min 122 yeni yoluxma faktı qeydə alınıb, 3 min 346 xəstə isə sağalıb. İlk dəfə virusdan sağalma sayı yoluxma sayını keçib. Bundan başqa, ölüm sayında da azalma var.
Teleqraf.com xəbər verir ki, bu rəqəmləri dəyərləndirən Türkiyə Elm Şurasının üzvü professor Tofiq Özgü ölkədə infeksiyadan eniş dönəminin başlandığını deyib.
Onun sözlərinə görə, Türkiyədə ən yüksək yoluxma sayı 5 min rəqəmilə aprelin 11-də olub. Ondan sonra sabitləşmə və ya eniş başlayıb: "Bu, sevindiricidi, çünki Avropda bu müddət 12 həftə çəkdi".
Həkim yenə də arxayınlaşmamağı, pandemiyaya qarşı mübarizəni dayandırmamağı məsləhət görüb.