26 Aprel 2020 08:18
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1490 yeni yoluxma və 56 ölüm qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, hazırda ölkədə 24 min 292 nəfər COVID-19 xəstəsi var. Ölənlərin ümumi sayı isə 780 nəfərdir.

Ölkədə ən ağır vəziyyət Maharaştra ştatındadır. Burada yoluxanların sayı 7628-ə, ölənlərin sayı isə 323-ə çatıb. Qucarat ştatı isə 3071 yoluxma və 133 ölüm halı ilə ikinci yerdərdir.

Qeyd edək ki, martın 25-də Hindistanda COVID-19 pandemiyası ilə əlaqədar 21 günlük xüsusi karantin rejimi elan olunmuşdu. Sonradan karantin rejimi mayın 3-dək uzadılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər