İranda 19 fevraldan bu günədək 90 481 nəfər koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.
Onun sözlərinə görə, ötən sutka ərzində daha 1 153 nəfərdə infeksiya aşkar olunub, 60 nəfər həyatını itirib.
Kiyanuş Cahanpur bununla da İranda koronavirusdan ölənlərin sayının 5 710 nəfərə çatdığını bildirib.
O qeyd edib ki, virusa yoluxanlardan 3 079 nəfərin vəziyyəti ağır qiymətləndirilir.