26 Aprel 2020 17:36
1 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hakimiyyətində KXDR lideri Kim Çen İnin səhhəti ilə bağlı etibarlı məlumatlar yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu bu gün Sky News-a müsahibəsində Krallığın Xarici İşlər naziri Dominik Raab deyib.

"İndiyə qədər bu barədə yayılan məlumatlardan (Kim Çen İnin səhhətinin kəskin pisləşməsi və ya ölümü haqqında) heç biri təsdiqlənməyib. Mən dünya mediasında bu mövzuda materialları görürəm, amma bu günə qədər etibarlı bir məlumatımız yoxdur", - nazir deyib.

Bununla belə, Dominik Raab bu mövzida xəbərləri yaxından izlədiklərini deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər