"Mübarək ramazan ayında Afrində gerçəkləşdirilən bu hücuma görə xain terror örgütü cavab verməli olacaq".
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Türkiyənin daxili işlər naziri Süleyman Soylu çıxış edib.
Nazir qeyd edib ki, Türkiyə bu olaya səssiz qalmayacaq.
Qeyd edək ki, PKK terror təşkilatının Suriyanın Afrin bölgəsində törətdiyi terror aktı nəticəsində 11-i uşaq olmaqla 42 nəfər olub, 47 nəfər yaralanıb.