Amazonun ən qədim qəbilələrindən biri olan Matsesin qadınlarının ən qeyri-adi özəlliyi bığları və üzlərindəki döymələrdir.
Teleqraf.com xəbər verir ki, Matses qəbiləsinin qadınları xurma ağaclarının incə liflərindən əldə etdikləri bığları burunlarına taxırlar.
Peru cəngəlliklərində çəkilmiş fotolar qəbilədəki uşaqların üzlərinin qırmızı rəngə boyandığını göstərir. Qəbilənin inancına görə, qırmızı rəng insana güc verir. Matses qəbiləsi üzvlərinin bənzərsiz görünüşü buradakı insanların qonşu qəbilələr tərəfindən oğurlanmasının qarşısını alır.
Amazona səfər edən fotoqraf Aleksey Kolbo qəbilənin ənənələrini bu sözlərlə ifadə edib: “Qəbilə üzvlərindən biri mənə, rituallara uyğun olaraq, babaları öldükdən sonra onun bir ayağını yediklərini dedi”.
Bölgə turistlərin üzünə açıq olsa da, onlar öz ənənələri çərçivəsində yaşamağa davam edir, ölü insan əti yeyirlər. Qəbilənin inancına görə, bu rituallarla əcdadlarının ruhlarını içlərinə çəkə bilirlər.
Aleksey Kolbo Matses ölü əti yemələrinə baxmayaraq, qəbilə insanlarının hannibal olmadığını bildirir:
“Matsesin qadınları ilə bağlı diqqət çəkən iki amil var: bığlı və döyməli olmaları. Onlar gözəl görünmək üçün bığ taxırlar, bədənlərinə döymə edirlər. Demuz adlı bığları və döymələri bu insanların başqa qəbilələr tərəfindən oğurlanmasının qarşısını alır. Ayrıca, bu aksessuarlar öz kimliklərini ifadə edə bilməyin bir yoludur”.
Qəbilə uzaq bir bölgədə yerləşdiyi üçün bir çox ənənəsini qoruyub saxlaya bilib. Amma Peruda yerli xalqları öz ənənələri ilə qorumaq üçün qanunlar yoxdur. Qəbilənin öz qəribə ənənələrini qorumasının səbəbi isə ölkənin ucqarlarında, belə desək, gözlərdən uzaqda yaşamasıdır.
Aleksey Kolbonun bölgədə çəkdiyio fotoları təqdim edirik: