LGBT icmasının on nəfərdən çox nümayəndəsi və vətəndaş fəalı Tiflis şəhər meriyasının qarşısına piket keçirib. Piket zamanı ölkə hakimiyyətindən pandemiya zamanı ölkə rəhbərliyindən cinsi azlıqların bəzi tələblərini nəzərə almağı tələb ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın “Pirveli” telekanalı məlumat verib.
Mitinq zamanı transgender qadın benzinlə özünü yandırıb. Polis onu dayandırmağa çalışsa da, qadın qaçaraq aradan çıxa bilib.
“Mən transgender qadınam. Gürcüstan dövləti mənə əhəmiyyət vermədiyi üçün özümü öldürəcəm”, - o polisə etiraz edib.
Ancaq bir neçə dəqiqədən sonra polis yanan paltarları söndürə bilib. Etirazçı ciddi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bu faktla əlaqədar istintaq başladıldığı bildirilib.
LGBT icmasının nümayəndələri etirazlarını davam etdirməyi planlaşdırırlar.
Piketdən sonra LGBT icması bəyanat yayıb: “Koronavirus səbəbiylə tətbiq olunan məhdudiyyətlər ən çox transgender insanları vurdu. Yalnız digərləri kimi işləyə bilmədiklərinə görə deyil: həm də ailənin və qohumların köməyindən məhrum olduqlarına görə”.