İsveçrədə koronavirusdan öldüyü bildirilən 9 yaşlı qız uşağının əslində azyaşlı olmadığı, 109 yaşlı bir qadın olduğu müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, İsveçrə Səhiyyə Nazirliyi ölən şəxsin məlumatlarının internet sisteminə yanlışlıqla 1911-ci il əvəzinə, 2011-ci il yazıldığını bildirilib.
Ölkədə həyatını itirən başqa bir nəfərin yaşının 87 yerinə, 27 yazıldığı da açıqlanıb.