Ermənistanın müdafiə naziri David Tonoyan 1-2 aprel tarixlərində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri “səfəri” çərçivəsində Ermənistan ordusunun Qarabağda dislokasiya edilmiş hərbi hissələrə baş çəkib. Bölgədəki separatçı qüvvələrin hərbçiləri ilə görüşüb.
Tonoyan Qarabağa dünən gəlsə də, erməni mediasına bu barədə bu gün məlumat verilib.