3 May 2020 00:55
2 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özü və partiyası üçün ciddi anlamı olan 2 may 2017-ci il tarixinin üçüncü ildönümündə sosial media hesabinda paylaşım edib.

Teleqraf.com-un xəbərinə görə, Ərdoğan o zaman keçirilən qurultayda AKP-yə yenidən üzv olub. Onun paylaşdığı videoda da qurultaydakı çıxışından bəzi məqamlar yer alıb.

Son vaxtlar ortaya atılan çevriliş söhbətlərinə cavab kimi qiymətləndirilən görüntülərin yer aldığı və #BuYoldanDönmeyeceğiz etiketi ilə paylaşılan videoda millətə xidmət etməyin vacibliyinə toxunan Ərdoğan "Allaha olan can, millətimizə olan xidmət borcumuzdan başqa heç kimə borcumuz yoxdur, olmayacaqdır. Nə edirlərsə-etsinlər, biz bu yoldan dönməyəcəyik" deyir.

Xatırladaq ki, 16 aprel 2017-ci ildə referendumla Türkiyədə Ana Yasaya dəyişiklik edilib və prezidentin partiya təmsilçisi ola bilməsi qanunda əksini tapıb. Bu dəyişikliyin nəticəsi olaraq Prezident Ərdoğan 2 may 2017-ci ildə yenidən AKP-yə üzv olub. Mayın 21-də isə bu partiyanın sədri seçilib.


Müəllif: Nahid

Oxşar xəbərlər