4 May 2020 15:31
1 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən il Sudanda baş verən qiyamdan sonra həbs olunan keçmiş prezident Ömər əl-Bəşirin tərəfdarları koronavirus infeksiyasına yoluxma riski səbəbindən onun sərbəst buraxılması tələbi ilə paytaxt Xartumda mitinqlərə başlayıb.

Teleqraf.com xəbər verir ki, bəzi mitinq iştirakçıları COVID-19 səbəbindən elan olunan karantin rejimini pozma ittihamı ilə həbs edilib.

Məlumatda minlərlə etirazçının Əl-Bəşirin sərbəst buraxılması tələbi ilə küçələrə çıxdığı bildirilib.

Sudanın keçmiş hakim partiyası Milli Konqres bundan əvvəl həbsdə olan keçmiş prezidentlərdən biri Əhməd Harunun koronavirusa yoluxduğunu açıqlamışdı.

Keçmiş prezident Ömər əl-Bəşirin 30 illik hakimiyyəti isə ötən il baş verən qiyamla başa çatıb. Bəşirin lideri olduğu UKP-nin 23 üzvü, hərbçi və mülkilərdən isə 32 nəfər də onunla birlikdə həbs olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər