Ötən gün Çində koronavirusdan ölüm qeydə alınmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Qeyd edilir ki, ölkədə COVID-19 cəmi 2 yoluxma aşkarlanıb, 58 nəfər sağalıb.
Son gündə Çinin materik hissəsində yerləşən tibb müəssisələrində koronavirusa yoluxan xəstələrin sayı təxminən 14 faiz azalaraq 339 nəfərə çatıb. Statistikaya görə, Çində yoluxanların 94 faizi müalicə edilib.
Yeni yoluxanların ikisi də xaricdən gəlmiş ölkə vətəndaşıdır.