“Gürcüstan iyulun 1-dən xarici turistləri qəbul etməyə hazır olacaq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri Georgi Qaxariya deyib.
“İyunun 15-dən etibarən, Gürcüstan yerli turizm xidmətləri üçün açılacaq və iyulun 1-dən Gürcüstan xarici turistləri qəbul etməyə hazır olacaq. Bunun üçün qonşu ölkələrlə təhlükəsiz dəhlizlər yaradacağıq”, - baş nazir bildirib.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq Gürcüstan xüsusi hallar istisna olmaqla, xaricilər üçün sərhədləri bağlayıb və bütün istiqamətlərdə hava nəqliyyatını dayandırıb. Martın 21-dən etibarən ölkədə fövqəladə vəziyyət rejimi tətbiq olunur.
Qeyd edək ki, Gürcüstanda 615 nəfər COVID-19-a yoluxub, 9 nəfər isə ölüb.