Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 626 nəfər artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 31 241 nəfərə çatıb.
Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 649 nəfər artaraq 211 364 nəfərə yüksəlib.