12 May 2020 11:17
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburqun Vıborq rayonundakı xəstəxanaların birində yanğın baş verib. İlkin məlumatlara görə, yanğın zamanı 5 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, yanğını 10 kvadratmetr sahədə lokallaşdırmaq mümkün olub. 150 nəfər təxliyə edilib.

İlkin məlumatlara görə, yanğın nəticəsində reanimasiya şöbəsində olan insanlar həlak olub.

Mayın 9-da isə yeni növ koronavirus infeksiyası – COVID-19-a yoluxanların da müalicə aldıqları Moskvanın şimalındakı 50 saylı şəhər klinik xəstəxanasında baş verən yanğın zamanı qadın pasiyent ölüb. Yanğın altı mərtəbəli müalicə korpusunun birinci mərtəbəsində baş verib.


Müəllif: Səxavət

Oxşar xəbərlər