12 May 2020 14:07
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Vaşinqton Tehrandan deportasiya etməyə hazır olduqları 11 İran vətəndaşını daşımaq üçün ABŞ-a təyyarə göndərməyi tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin direktoru Ken Kuçinelli açıqlama verib:

“Ölkənizə qayıtmağa çalışan 11 vətəndaşınız var. Vətəndaşlarınızı həqiqətən geri qaytarmaq istəsəniz, təyyarə göndərin”.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti bir neçə ay ərzində alim Sirus Əsgərini İrana qaytarmağa cəhd etsə də, Tehrandan yalnız bir müddət əvvəl həqiqətən onun qayıtmasını istədiklərini dedilər:

“Deyirsiniz ki, bütün vətəndaşlarınızı geri qaytarmaq istəyirsiniz. Cəfəngiyyatdır. Danışmaq əvəzinə, pul xərcləmək lazımdır”.

Qeyd edək ki, mayın 5-də “Röyter” agentliyi ABŞ-ın tezliklə həbsdə olan İran alimi Əsgərini ölkədən deportasiya edə və İranda saxlanılan amerikalılardan hər hansı biri ilə dəyişdirə biləcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər