ABŞ Prezidenti Donald Tramp ölkə şirkətlərinin milli təhlükəsizlik riski daşıyan şirkətlər tərəfindən istehsal olunan telekommunikasiya avadanlıqlarından istifadə etməsini qadağan edən sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sözügedən sərəncam Beynəlxalq Fövqəladə İqtisadi Qanuna əsaslanır.
Bu qanun Trampa ABŞ-ı təhdid edən fövqəladə durumda iqtisadi tənzimləmə həyata keçirmək səlahiyyəti verir.
ABŞ Konqresinin üzvləri hələ ötən il qeyd edirdilər ki, Trampın imzaladığı qanun Çinə qarşıdır. Söhbət "Huawei Technologies Co." və "ZTE Corp" kimi şirkətlərin istehsal etdiyi avadanlıqların ABŞ tərəfindən alınmamasından gedir.
Prezident Trampın qanunun müddətini uzatması o anlama gəlir ki, ABŞ şirkətləri gələcək 1 il müddətində "Huawei Technologies Co." və "ZTE Corp" şirkətlərin istehsal etdiyi telekomunikasiya avadanlıqlarını ala, ondan istifadə edə bilməz.