İşğal edilmiş Donbas bölgəsinin Ukrayna konstitusiyasında xüsusi statusunun möhkəmləndirilməsi istisna olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, məsələ Ukraynanın şərqindəki vəziyyətin nizamlanması üçün təmas qrupunun növbəti videokonfransında müzakirə olunub:
“Ukrayna tərəfi bir daha Ukrayna konstitusiyasında Luqansk və Donetsk bölgələrinin xüsusi statusunun təmin edilməsi imkanını istisna etdi”.
Bundan əlavə, rəsmi Kiyev vurğulayır ki, Donbasın işğal edilmiş ərazilərində seçkilər Ukraynanın konstitusiyasına, qanunvericiliyinə uyğun olaraq və ATƏT-in Kopenhagen meyarları əsasında keçirilə bilər.