İŞİD terror təşkilatının İraqın Diyalə şəhərində həyata keçirdiyi akt nəticəsində 3 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İraq hüquq mühafizə orqanları məlumat yayıb.
Məlumatda bildirilib ki, İŞİD Həşdi Şabi terror təşkilatının Diyala bölgəsinin Əl-Büməra kəndindəki mövqelərini hədəf alıb. Hücumda Həşdi Şabinin 2 terrorçusu həlak olub. İki nəfər isə yaralanıb.
Bildirilib ki, İŞİD militanlarının girov götürdüyü 25 yaşlı mülki vətəndaş da terrorçular tərəfindən öldürülüb. Həmin şəxsin cəsədinin Tərmiyyədə aşkar olunduğu qeyd olunub.