Türkiyəli məşhur aktrisa Şilan Makal "Qalatasaray"ın futbolçusu Şener Özbayraklı ilə səssiz-sədasız nikah masasına əyləşib.
Teleqraf.com xəbər verir ki, Şilan Makal ilə Şener Özbayraklının nikah mərasimində koronavirus pandemiyasına görə ailə üzvləri və az sayda yaxın dostları iştirak edib.
Cütlüyün nikah şahidi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu
və “Qalatasaray”ın baş məşqçisi Fatih Terim olub.