"Boko Haram" islamçı qruplaşmasının lideri Əbubəkr Şekay ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib.
Teleqraf.com lenta.ru-a istinadən xəbər verir ki, bu məqsədlə qruplaşma lideri görüntülərini yayımlayıb.
Görüntülərdə Şekay onunla bağlı fikirlərin yalan olduğunu söyləyir: “Bəziləri mənim iki qəlbimin olduğunu düşünürlər. Ancaq mənim bir qəlbim var. Onu da Allah mənə verib. Mən Allah qərar verdiyi vaxtda öləcəm”.
Xatırladaq ki, rəsmilər bir neçə gün əvvəl Nigeriyada fəaliyyət göstərən qruplaşmanın lideri olan Şekayın öldürüldüyü ilə bağlı məlumat yayıb.
Samir