Ukraynada ilin əvvəlindən indiyədək 733 nəfər QÇİS-dən dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin ictimai sağlamlıq mərkəzi bildirib.
Xəbərə görə, müvafiq dövr ərzində 5256 nəfərin QÇİS-ə yoluxduğu müəyyən edilib.
Qeyd edək ki, hər il mayın üçüncü bazar günü dünyada QÇİS qurbanlarının xatirə günü kimi qeyd olunur.