19 May 2020 14:49
3 858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya hakimiyyəti və müxalifəti koronavirus pandemiyası bitdikdən sonra Cenevrədə danışıqlara başlamaq barədə razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersen açıqlama verib.

“Koronavirus pandemiyası imkan verdiyi an Cenevrəyə gəlməyi qəbul etdilər. Görüş üçün anlaşdılar”, - Pedersen bildirib.

Toplantının videokonfrans formatında olmayacağını söyləyən diplomat görüşün tarixini açıqlamayıb. O, Rusiya və ABŞ-a çağırış edərək prosesə dəstək verilməsini istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər