2 Oktyabr 2014 20:32
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honq Konqda nümayişçilər icra hökuməti başçısının istefaya getmədiyi təqdirdə bir neçə hökumət binasını zəbt edəcəklərini bildirib.

Teleqraf.com amerikanınsesi.org-a istinadən xəbər verir ki, etirazçı tələbələr şəhər icra hakimiyyətinin başçısı Leunq Çun Yinqə gecə yarısına qədər vaxt verərək, onun ofisinin önündə toplaşmağa başlayıblar.

Hökumət binalarının nümayişçilər tərəfindən zəbt edilməsi gərginliyin artasına səbəb ola bilər. On minlərlə etirazçı keçən cümə günündən bəri bir neçə əsas küçəni nəzarətə alıb.

Polis etirazçlıları hökumət binalarını zəbt etdikləri təqdirdə həbs ediləcəkləri ilə hədələyib.
Çun Yinq etirazçıların tələblərini rədd edib və istefa verməyəcəyini bildirib. Pekinin 2017-ci ildə universal seçki hüququna icazə verməməsi nümayişçilərin hiddətinə səbəb olub.

Samir


Müəllif:

Oxşar xəbərlər