19 May 2020 19:23
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş həyat yoldaşını öldürməkdə günahlandırılan Lesoto Baş naziri Tomas Thabane vəzifəsindən istefa edib.

Teleqraf.com xəbər verir ki, Thabane özündən sonra vəzifəsini icra edəcək baş nazirə dəstək verəcəyini açıqlayıb.

Qeyd edək ki, boşanma ərəfəsində olan Thabanenin həyat yoldaşı Lipolelo Thabane 2017-ci ildə evinin qarşısında ölü tapılıb.

Polis baş naziri öldürməkdə günahlandırıb.

Keçmiş həyat yoldaşının ölümü ilə heç bir əlaqəsinin olmadığını bildirən baş nazir ittihamlar təsdiq olunacağı təqdirdə istefa edəcəyini bildirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər