Ankara, Moskva və Tehran arasında Astana formatı çərçivəsində görüşlər davam etdiriləcək. Liderlərin növbəti görüşünün təşkili üçün hər üç ölkənin texniki heyətinin Astanada bir araya gəlməsi gözlənilir.
Teleqraf.com xatırladır ki, Astana formatı çərçivəsində Tehranda keçirilməsi gözlənilən, amma COVİD-19 səbəbindən baş tutmayan Ərdoğan-Putin-Ruhani görüşünün də qarşıdakı aylarda keçirilməsi qeyd edilir.
Astanada baş tutacaq heyətlərarası görüşdə əsasən, İdlib daxil olmaqla, bölgədə sabitliyin təmin edilməsi, son durum, həbs edilənlərin azadlığa buraxılması, qaçqınların geri dönüşü və Suriya rejimi ilə müxalifət arasında etimad tədbirlərinin artırılması müzakirə ediləcək.