Son bir gündə Ermənistanda 322 nəfər koronavirus infeksiyasına yoluxub.
Teleqraf.com xəbər verir ki, bununla təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 322 nəfər artaraq 5928-ə çatıb.
Xəstəliklərə Nəzarət və Qarşısının alınması üzrə Mərkəzin məlumatına görə, son 24 saat ərzində bu səbəbdən 4 nəfər həyatını itirib.
Beləliklə, Ermənistanda koronavirusdan ölənlərin sayı 74-ə çatıb.
Əlavə edək ki, Ermənistan Qafqaz bölgəsində koronavirusun ən geniş yayıldığı ölkədir.