Son gün ərzində ABŞ-da koronavirusdan ölənlərin sayı 1 010 nəfər artıb.
Teleqraf.com xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 98 706-a çatıb.
ABŞ əvvəlki kimi dünyada pandemiyanın mərkəzi olaraq koronavirusdan ən çox zərər çəkən ölkə olaraq qalır.
Məlumata görə, son gün ərzində virusa yoluxan amerikalıların sayı 21 281 nəfər artıb. Beləliklə, Birləşmiş Ştatlarda COVID-19 xəstələrinin sayı 1 668 493-ə yüksəlib.
Siyahıda ABŞ-dan sonra ikinci yerə Braziliya çıxıb. Bu ölkədə təhlükəli virusa 349 113 yoluxma təsdiqlənib. Siyahıda üçüncü yerdə Rusiyanın (344 481 yoluxma) və İspaniyanın (282 370) da adları var.