25 May 14:37
1 189

Çəyirtkə sürüsü Dubay şəhərini işğal edib.

Teleqraf.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinin bir neçə rayonu çəyirtkə sürüsünün işğalına məruz qalıb. Dubay Şəhər Bələdiyyə İdarəsi bəyan edib ki, güclü küləyin ardınca qəfildən şəhərə çəyirtkə sürüsü hücum edib. Onlar şəhəri işğal edib.

Açıqlamada əlavə edilib ki, vəziyyət nəzarət altındadır və ciddi təhlükə yoxdur:

“Bələdiyyə işçiləri gün ərzində onlarla mübarizə aparır".


Müəllif: Cavad