Rusiya Prezidenti Vladimir Putin və İraqın Baş naziri Mustafa Kazımi Suriyada uzunmüddətli normallaşma istiqamətində addımlarla bağlı razılığa gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Məlumata görə, liderlər arasında regional məsələlərlə bağlı fikir mübadiləsi üzərində qurulan əsas məqam Suriyadakı həll prosesi olub:
“Suriyada vəziyyətin uzun müddət normallaşmasını təmin etmək və ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün addımların kordinasiya edilməsi barədə razılıq əldə edilib”.