ABŞ İŞİD terror təşkilatının liderlərindən biri və bu qruplaşmanın təbliğat işlərinə cavabdeh Məhəmməd Hadir Musa Ramazanın başına 3 milyon dollar mükafat kəsib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Depertamentinin yaydığı açıqlamada bildirilib.
Açıqlamada qeyd edilib ki, Məhəmməd Hadir Musa Ramazanın ələ keçməsini təmin edəcək istənilən məlumatı gətirənə 3 milyon dollar mükafat veriləcək:
“İŞİD-çi təşkilatın media sahəsindəki əsas təbliğatçılarından biridir. O, İŞİD-in sosial şəbəkələr də daxil olmaqla mediadakı əməliyyatlarını icra edir. İŞİD-i radikallaşdırma, təşkilata yeni üzvlər cəlb etmə və bəzi nüfuzlu şəxslər üzərində açar rolunu oynayır”.