Ermənistanda koronavirusa yoluxduğu təsdiq olunan 400-dən çox pasiyentin vəziyyəti ağır və ya son dərəcə ağırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyanbildirib.
"Koronavirusa yoluxmuş 358 pasiyent ağır vəziyyətdədir, 58 nəfərin vəziyyəti son dərəcə ağırdır. 15 insan süni nəfəs aparatına qoşulub", - baş nazir onlayn-brifinqdə deyib.
Ermənistanda martın 16-da iyunun 13-dək koronavirusun yayılması ilə mübarizə üçün fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə COVID-19 8 927 insanda aşkar edilib, 127 nəfər ölüb.