Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində daha üç nəfərdə koronavirus infeksiyası aşkar olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumatda infeksiyaya yoluxan hər üç şəxsin Rusiyadan gəldiyi bildirilib.
Beləliklə işğal bölgəsində koronavirusa yoluxanların sayı 46-ya çatıb.