3 İyun 2020 12:12
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da “daxili vətəndaş müharibəsi”nin mənzərəsi yaranmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, Corc Floydun polis tərəfindən öldürülməsinə qarşı keçirilən aksiyalar zamanı kütləvi soyğunçuluq olduğundan millətçi amerikalılar silahla obyektlərinin qarşısında növbə tutmağa başlayblar.

Qeyd edilir ki, bu nəhəng ölkədə soyğunçuluq hallarının artması və polislə qarşıdurmalar səbəbindən amerikalılar uzun lüləli tüfəngləri ilə iş yerləri, obyekt və mağazalarının qarşısında növbə tutmağa və təhlükəsizliyi təmin etməyə çalışırlar.

Bu isə o deməkdir ki, sadalanan obyektlərə digər amerikalıların hücumu olarsa, atəş açılacaq və gərginlik daha da artacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər